Prayk
Hazır məhsul koordinatoru — Maliyyə, Bakı
800 ₼

Hazır məhsul koordinatoru

SatılırYoxlanılıbİşlənmişDünən
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№1579409

Təsvir

Hazır məhsulların müştəri sifarişlərinə uyğun şəkildə hazırlanmasına və qablaşdırılmasına nəzarət etmək, qaimələri Clopos sistemində formalaşdırmaq, məhsulları sürücülərə sənədlə təhvil vermək və hazır məhsulun hərəkətinə nəzarət etmək. Əsas prinsip: İstehsaldan qəbul → Sifarişə uyğunluq → Qaimə → Təhvil → Qalıq və hesabat Məsuliyyət Sifarişdən artıq və ya əskik məhsul çıxmaması. Qaimələrin düzgün hazırlanması. Qaimə ilə faktiki məhsulun uyğun olması. Qaiməsiz məhsul çıxışının qarşısının alınması. Hazır məhsul qalığının düzgün qeydiyyatı. Vozvrat və zay məhsulların düzgün qeydiyyatı. Sürücüyə məhsulun düzgün təhvil verilməsi. Aşkar edilmiş çatışmazlığın gizlədilmədən rəhbərliyə bildirilməsi. Şirkətin məhsul və sənədlərinin qorunması. Əsas iş prinsipi Heç bir məhsul yoxlanılmadan, qeydiyyata alınmadan və müvafiq sənədləşmə aparılmadan istehsalatdan çıxmamalıdır. İşçinin məqsədi yalnız qaimə hazırlamaq deyil, hazır məhsulun istehsaldan çıxaraq düzgün müştəriyə çatdırılması prosesində əsas nəzarət nöqtəsi olmaqdır. Şərtlər: İş qrafiki: 04:00(gecə)–14:00 Həftənin 6 günü iş İş yeri: İstehsalat / Bakı ş. Binəqədi r., 8-ci mkr. Tələblər: Ali təhsil Müvafiq sahə yəni mühasibatlıq və ya audit üzrə azı 2 illik təcrübə Clopos proqramı ilə işləməsi arzuolunandır Vəzifə öhdəlikləri: Sifarişlərin yoxlamaq Qaimələri çap etmək. Qaimələri müştəri və marşrut üzrə ayırmaq. Sürücülərə məhsulları təhvil vermək İstehsaldan qalan hazır məhsulu müəyyən etmək; Gündəlik istehsal planını vremək Maaş: 800-900 AZN Yaş: 25-35 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Bənzər elanlar