Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: Dərmanın farmakoloji xüsusiyyətləri pimobendan aktiv maddəsi ilə müəyyən edilir. Pimobendan benzimidazol törəməsidir və qeyri – qlikozid kardiotonik dərmandır. Dərman fosfodiesteraz III-ü qismən inhibə edir və eyni zamanda miyokard miyofibrillərinin kalsium ionlarına həssaslığını artırır. Pimobentan təkcə miyokardın kontraktil funksiyasını gücləndirmir, həm də eyni zamanda arterial vazodilatasiya, arterial qan təzyiqini aşağı salır. 11. Tətbiqinə göstərişlər: Preparat itlərdə ürək çatışmazlığı zamanı (kardiomiyopatiya və ya xarakterik simptomlarla qapaq çatışmazlığı nəticəsində yaranan), hansı ki öskürək, nəfəs darlığı, hərəkət tolerantlığının azalması kimi xarakterik simptomları olan zaman istifadə olunur.