GÖYGÖL RAYONU,TOĞANALI KƏNDİNDƏ HƏYƏT EVİ SATILIR
Göygöl rayonunun gözəl təbiəti və yüksək turizm potensialı ilə seçilən Toğanalı kəndində yerləşən təmirli həyət evi satılır. Evin ümumi sahəsi 114 m², torpaq sahəsi isə 6 sotdur. Ev yaşayış üçün tam hazır vəziyyətdədir və əşyalı şəkildə satılır.Mətbəxdə şəxsi əşyalar olduğu üçün tam çəkilməyib.
Evdə kombi sistemi quraşdırılıb. Qaz, su, işıq və internet daimidir.
Ev yerləşdiyi əraziyə görə həm daimi yaşayış, həm də istirahət evi və ya günlük kirayə biznesi üçün ideal seçimdir. Toğanalı kəndi ilboyu turistlərin üz tutduğu, təmiz havası, dağ mənzərələri və gözəl təbiəti ilə seçilən turizm bölgələrindən biridir. Bu səbəbdən əmlak həm yaşayış, həm də gəlir gətirən investisiya baxımından əlverişlidir.
Real alıcılarla qiymətdə razılaşma olacaq!Əlavə məlumat və evə baxış üçün əlaqə saxlaya bilərsiniz.