Sahibindən...
Ev - İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə, eyni zamanda Heydər Əliyev adına parka - piyada bir neçə dəqiqəlik məsafədə yerləşir.
Dəqiq lokasiyanı görmək üçün, bu koordinatları kopyalayıb, google maps tətbiqində - axtarış qisminə daxil edin: 40.776186,48.151231
10 sot daxilindədir. Qalın armaturlar, keyfiyyətli beton ilə, kəmər və kolonlar üzərində tikilib. Seysmik dayanıqlığa, söz ola bilməz.
Alt mərtəbədə - saxlanc otağı, böyük qapalı eyvan, zal və sanuzel yerləşir.
Üst mərtəbədə - böyük zal, mətbəx, 2 ədəd yataq otağı və sanuzel yerləşir.
Təmiri, şəkildə görünən formadadır. 3 tərəfin hasarı var. Bütün görüləcək işlər, qiymətdə nəzərə alınmışdır.
Sənəd - paket kupça - xüsusi mülkiyyət - fərdi yaşayış (ev və torpağın çıxarışı).
Qaz, işıq və dövlət suyu, yüksək sürətli internet - daimidir. Əlavə, bağ üçün - artezian quyusu mövcuddur. Ev, əsas yoldan 150 metr məsafədə yerləşir. Yol asfaltdır, axşam saatlarında işıqlandırılır. 160 metr məsafədə böyük supermarket mövcuddur.
Ətraf ərazilərdə - 1 sot sənədli torpağın dəyəri - 6000 manat civarındadır. Hazırda 30000 manata bu ölçü və keyfiyyətdə həyət evi tikmək qeyri-mümkündür.
Həyətyanı sahə - düz relyefdədir, torpağı məhsuldardır. Çox çeşiddə, bar verən meyvə ağacları mövcuddur. Sahəni, 3 sota qədər artırmaq mümkündür.
Kollecdə təhsil alan tələbələrə, tələbə sayından asılı olaraq, kirayə verib aylıq minimal 1000 manat gəlir əldə etmək mümkündür. Alıcı şəxslər və ya müştərisi olan vasitəçilər əlaqə saxlaya bilər. WP mövcuddur