Yeni tikinti layihəmizə “Hüquqşünas” dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
Tikinti şirkətinin və ya departamentinin hüquqi təminatı prosesini həyata keçirir;
Baş podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrini hazırlayır, hüquqi ekspertizadan keçirir və razılaşdırır;
Tikinti layihələri üzrə texniki tapşırıqları, əlavə və dəyişiklikləri yoxlayır, hüquqi riskləri əvvəlcədən qiymətləndirib rəhbərliyə rəy təqdim edir;
Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət edir, pozuntuları aşkar edir və operativ tədbirlər görür;
Sifarişçilər, podratçılar və dövlət qurumları ilə yaranan mübahisələrdə, cərimə, gecikmə və ya fors-major hallarında hüquqi mövqe hazırlayır, danışıqlarda dəstək göstərir;
Tikinti fəaliyyəti üçün tələb olunan lisenziyaların, icazələrin və digər sənədlərin alınması prosesini hüquqi cəhətdən müşayiət edir;
Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının qorunması;
İş barədə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət;
İş saatı: 09:00-18:00;
Nahar şirkət tərəfindən təqdim olunur;
Əmək haqqı: 1200-1500 AZN.
İş yeri: Səbail rayonu
Namizədə tələblər:
Hüquq üzrə ali təhsil.
Tikinti sektorunda və ya mülki hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi.
Şəhərsalma və tikinti qanunvericiliyi, mülki və əmək qanunvericiliyi, müqavilə hüququ üzrə biliklər.
MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Məsuliyyətli, problem həlletmə və analitik düşünmə qabiliyyəti;
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 09.10.2026