Bakıdakı ilk sahibiyəm. Maşın şəxsi istifadədə olub, çox səliqəli və ehtiyatlı sürülüb. Daimi 95 oktanlı benzinlə istifadə olunub. Avtomobilə vaxtında və keyfiyyətli qulluq göstərilib, mühərrik yağı olaraq bahalı Liqui Moly istifadə olunub. Maşın baxımlıdır və çox səliqəli vəziyyətdədir.
Maşın dolu komplektasiyadır.Panoramik Dam, 4x4 AWD tam ötürücü, AWD Lock, Drive Mode sürüş rejimləri, Auto Hold, elektron əl əyləci, Hill Descent Control – enişə nəzarət sistemi, zolaqda saxlama köməkçisi (Lane Keeping Assist), zolaqdan çıxma xəbərdarlığı, kor zona nəzarət sistemi (Blind Spot Detection), arxa çarpaz hərəkət xəbərdarlığı, ESC OFF, Auto Start/Stop OFF, park sensorları və park sensorlarının deaktiv edilməsi funksiyası, sükan/panel işıqlandırmasının tənzimlənməsi və digər təhlükəsizlik və komfort funksiyaları mövcuddur.Avtomobil çox səliqəli istifadə olunub, baxımlı maşındır. Qiymətdə çox cüzi endirim olacaq.Alverçilər narahat etməsin.Kim alarsa, Allah xeyirli etsin, qəzasız-bəlasız sürməyi nəsib etsin.