Bakı şəhəri, Xətai rayonu ərazisində 10 sotda inşa edilmiş, 3 mərtəbəli, 12 otaqlı, 3 böyük holldan, taxta ilə xüsusi zövqlə işlənilmiş geniş mansarddan və 4 ədəd sanitar qovşaqdan ibarət yenicə təmirdən çıxmış möhtəşəm villa icarəyə verilir.
Villanın parket və pilləkəni xüsusi ornamentlərlə işlənilmişdir. Həyətyanı sahəsində yay mətbəxi, bisetka, kərpicdən zövqlə hazırlanmış manqal, kladovka, sauna və 2 ədəd sanitar qovşağı var.
Həmçinin həyətində çoxsaylı meyvə və həmişəyaşıl agaclar, dekorativ bitkilər və xüsusi güllər əkilib.
Uzunmüddətli icarəyə verilir.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiz.