Nərimanov rayonu, Təbriz küçəsində, prestijli Zümrüd Residence yaşayış kompleksində yeni təmirdən çıxmış, tam əşyalı 2 otaqlı mənzil uzunmüddətli kirayə verilir.
Mənzilin ümumi sahəsi 76 m²-dir və 17 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir.
İLK YAŞAYIŞDIR — təmirdən sonra mənzildə heç kim yaşamayıb. Mənzil müasir və zövqlü dizaynda təmir olunub, mebel və məişət avadanlıqları yenidir.
Mənzildə geniş və işıqlı qonaq otağı və yemək zonası, ayrıca yataq otağı, tam təchiz olunmuş mətbəx, geniş giriş holu, müasir hamam və sanitar qovşaq, həmçinin ayrıca camaşırxana/paltaryuyan sahəsi mövcuddur.
Zümrüd Residence geniş və səfalı həyətə malik premium yaşayış kompleksidir. Kompleks ərazisində hovuz, idman zalı və sport infrastrukturu, təhsil və ticarət obyektləri mövcuddur. Kompleksdə 24/7 mühafizə və yeraltı dayanacaq infrastrukturu da var.
Çox əlverişli lokasiyadadır:
– Heydər Əliyev Mərkəzinin və Bakı Konqres Mərkəzinin yaxınlığında;
– Nəriman Nərimanov metrosu istiqamətinə təxminən 10 dəqiqəlik məsafədə.
Mənzil səliqəli, məsuliyyətli və uzunmüddətli qalmaq istəyən kirayəçiyə verilir. Ailə, iş adamları və şirkət əməkdaşları üçün çox əlverişli seçimdir.
Ödəniş şərtləri: Mənzilə köçərkən 1 250 AZN depozit və ilk ay üçün 1 250 AZN kirayə haqqı ödənilir. Beləliklə, ilkin ödəniş ümumilikdə 2 500 AZN təşkil edir. Bundan əlavə, aylıq 1 250 AZN kirayə haqqı ilə yanaşı, komendant xidməti üçün hər ay 92 AZN ödəniş nəzərdə tutulur. Qeyd olunan qiymətlər real və yekun qiymətlərdir, əlavə endirim nəzərdə tutulmur. Mənzillə ciddi maraqlanan və şərtlər uyğun olan şəxslər ətraflı məlumat üçün əlaqə saxlaya bilərlər.
Depozit mənzilin, mebelin və məişət avadanlıqlarının qorunması məqsədilə alınır. Kirayə müddətinin sonunda mənzil, mebel və avadanlıqlar qaydasında, zədəsiz və borcsuz təhvil verildiyi halda 1 250 AZN depozit məbləği kirayəçiyə tam şəkildə geri qaytarılır.
Kirayəçi tərəfindən mənzilə və ya əşyalara hər hansı zərər vurularsa, dəymiş zərər depozit məbləğindən qarşılanır.