Xırdalan şəhəri, 120-nin axırında, Bakı Mühəndislik (Qafqaz) Universitetindən piyada məsafədə 3 otaqlı ev kirayə verilir. Mənzilin mətbəxi geniş studiya stilində tikilib və otaq kimi istifadə oluna bilər. Geniş zal və kiçik yataq otağı var. Mənzil yenidir və tam təmirlidir. Mətbəxə yeni Samsung paltaryuyan maşını və yeni soyuducu yerləşdirilib. Mebelli evdir. Qonaq otağı üçün divan kreslo dəsti və stol stul var. Böyük çarpayı və yataq dəsti (şkafla birgə) evin üstündə kirayə verilir. Kombi ilə qızdırılır 4 batereya və hamamda qızdırıcı var. 2 mərtəbəli evin birinci mərtəbəsində yerləşir, özünün ayrıca girişi var. Yuxarı mərtəbədə yaşayış yoxdur. Qaz, su, işıq xətləri tam ayrıdır.
Kirayə verən əmlak sahibidir. Tələbə xanımlar və ailələrə verilir.