Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 9A-da yerləşən, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı, geniş və tam əşyalı mənzil kirayə verilir.
Mənzil faktiki 92 m² sahəyə malikdir, yelçəkəndir və yaşayış üçün tam hazırdır. Evdə mətbəx mebeli, qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, radiatorlar və digər lazımi mebel və məişət əşyaları mövcuddur.
Mərkəzi istilik sistemi, geniş bağlı eyvanı, ön və arxa tərəfdən həyətə çıxışı, ayrıca hamam və sanitar qovşağı, həmçinin iki geniş zirzəmisi/anbarı var.
Yaxınlıqda 285 nömrəli məktəb, 23 nömrəli uşaq bağçası, marketlər və avtobus dayanacaqları yerləşir. Ərazidən şəhərin və metronun müxtəlif istiqamətlərinə avtobuslar işləyir.
Mənzil ilkin olaraq yalnız 1 aylıq kirayə verilir. Kommunal ödənişlər kirayəçi tərəfindən ödənilir. Mənzilə səliqəli yanaşacaq ciddi şəxslərin əlaqə saxlaması xahiş olunur.