Ev 4 otaqlıdır. Evin 2 otağı bağlı saxlanılır, digər 2 otaq isə birlikdə kirayə verilir. Kirayə verilən otaqlar lazımi əşyalarla təmin olunub. Mətbəx, hamam və sanitar qovşağı yüksək səviyyədə təmir olunub. Kombi sistemi mövcuddur, qaz, su və işıq daimidir. Həyətdə əlavə sanitar qovşağı və su çəni var. Ev 133 nömrəli avtobusun dayanacağına yaxındır. Həyətdə meyvə ağacları var. Səliqəli və rahat evdir.