Həzi Aslanov metrosunun çıxışında 1000 kv.m təmirli və içi dolu əşyalı avadanlıqlarla birlikdə obyekt icarəyə verilir. ( Ehtiyac olarsa yanında əlavə 570 kv.m - də var , birləşdirib bura qatmaq olar. 570 kv.m hissəsi orda yazılan qiymətə daxil deyil ) Fotolardan göründüyü kimi obyekt uzun illərdir Kardinal adı ilə "Pub Restoran Bilyard Karaoke" kimi icarədə fəaliyyət göstərib, lakin digər təyinatlı istifadələr üçün də icarəyə verilə bilər. ( Məsələn : Fitness, geyim ticarət mağazası və digər uyğun mağazalar, klinika, özəl uşaq bağçası, və s. digər )
Obyektin bir hissəsi içəridən 2 Mərtəbə düzəldilib. Daima işlək obyektdir. Zallardan əlavə 18 kabineti , 7 bilyardı , avadanlıqlar ilə mətbəxi, karaoke otaqları , 8 sanitar qovşağı, namaz otağı , geniş avto parklanması və digər şəraitləri mövcuddur. Sahibindən verilir icarəyə ,vasitəçi deyiləm. Ancaq real işlədə bilən şəxslər əlaqə saxlasın.
Qeyd : Elə bir təyinata icarəyə götürülsə Masa oturacaqlar bilyardlar və digər əşyalar avadanlıqlar ehtiyac olmazsa biz tərəfdən obyektdən çıxardıla bilər.