Tibb Universitetinin yanında, çox əlverişli və işlək lokasiyada 200 kv.m geniş obyekt icarəyə verilir. Obyekt 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, geniş vitraj pəncərələri var və birbaşa əsas yola baxır. Obyektin yerləşmə yeri olduqca əlverişlidir və müxtəlif sahələr üçün uyğundur. Ətrafında Tibb Universiteti, Ege Hospital, ASAN Xidmət, Olimpik Star və digər tanınmış obyektlər yerləşir. Yaxınlıqda restoranlar, kafelər, marketlər, apteklər, banklar və müxtəlif xidmət sahələri mövcuddur. Obyektdə 3 faza elektrik xətti və qaz mövcuddur. Geniş vitrajları və yola baxan fasadı obyektin həm görünüşünü, həm də reklam imkanlarını daha da üstün edir. Klinika, ofis, tədris mərkəzi, showroom, mağaza, restoran və digər biznes sahələri üçün ideal seçimdir. Aylıq icarə haqqı 4000 AZN təşkil edir.