Prayk
İcarəyə verilir obyekt 500 m² — Əmlak, Bakı
7 300 ₼

İcarəyə verilir obyekt 500 m²

SatılırYoxlanılıbİşlənmişDünən yayımlandı
Şəhər
Bakı
Kateqoriya
Obyekt
Əməliyyat növü
Kirayə aylıq
Əmlakın növü
Obyekt
Sahə
500 m²
Tarix
Nömrə
№1174547
Təsvir
"Nərimanov" metro stansiyasına cəmi 5 dəqiqəlik məsafədə, Əliyar Əliyev küçəsində yerləşən 500 kv.m ümumi sahəyə malik geniş kommersiya obyekti bazar qiymətindən çox aşağı — aylıq 7300 AZN-ə icarəyə təklif olunur. Obyekt tam olaraq mülkiyyətçi (obyekt sahibi) tərəfindən təmir olunub təhvil veriləcəkdir. Məkanın tam müstəqil (ayrıca) girişi mövcuddur. Şəhərin sıx hərəkətli, infrastruktur baxımından zəngin və yüksək gediş-gəlişli zolağında yerləşdiyi üçün böyük müştəri axınına və güclü biznes potensialına malikdir. Obyektin tam ətrafında "Nərimanov" metrosu, Nərimanov parkı, Metropark ticarət mərkəzi, böyük yaşayış kompleksləri (yeni tikililər), biznes mərkəzləri, avtobus dayanacaqları, bank filialları (ABB, Kapital Bank və s.), notariat kontorları, təhsil ocaqları, uşaq bağçaları, iri supermarketlər, apteklər, brend mağazalar, məşhur kafe və restoranlar fəaliyyət göstərir. Geniş sahəsi, təmirsiz verilməyib sahibi tərəfindən təmir ediləcək olması və əlverişli mövqeyi sayəsində bu məkan iri ofis və holdinqlər, tibb mərkəzi və klinika, fitnes və estetik mərkəzlər, şou-rum, tədris müəssisələri, bank filialları və digər genişmiqyaslı kommersiya fəaliyyətləri üçün mükəmməl seçimdir.

Şərhlər

Mağaza vitrini
Hamısına bax
İcarəyə verilir obyekt 500 m² | Prayk