Diqqətinizə təqdim olunan bu möhtəşəm üç mərtəbəli villa 8-ci mikrorayon ərazisində, "qoşa zapravka" və İstanbul evlərinin yaxınlığında (Südabə beauty) yerləşir. Ümumi sahəsi 750 kvadratmetr olan bu əzəmətli bina 5 sot torpaq sahəsində qərarlaşıb və geniş həyətyanı əraziyə malikdir
Villanın daxili məkanı zövqlə dizayn edilmiş və keyfiyyətli materiallarla təmir olunmuşdur. 7 otaqdan ibarət olan yaşayış sahəsində geniş qonaq otaqları və yataq otaqları yer alır. Daxili pilləkən mərtəbələri əlaqələndirir. Mülkdə çoxsaylı sanitar qovşaqları və vanna otaqları mövcuddur.
Binanın arxitekturası xüsusi fərqliliyi ilə seçilir, həm daxildən, həm də xaricdən baxdıqda böyük, tağlı pəncərələr diqqəti cəlb edir . Hündür tavanlar və keyfiyyətli taxta döşəmələr genişlik və rahatlıq hissi yaradır.
Bu unikal villa hər hansı bir məqsəd, o cümlədən ofis , yaşayış və ya digər kommersiya fəaliyyəti üçün ideal seçimdir. Məkan geniş imkanlar təqdim edir.
Aylıq kirayə haqqı 3500 AZN təşkil edir. Ofis haqqı 40%
Əlavə məlumat və baxış üçün bizimlə əlaqə saxlayın.
Xüsusiyyətlər:
Ünvan: 8-ci mikrorayon, Qoşa zapravka yaxınlığı.
Sahə: 750 kv.m. (Bina), 5 sot (Torpaq).
Mərtəbə sayı: 3.
Otaq sayı: 7.
Qiymət: 3500 AZN.
Təyinat: İstənilən sahəyə yararlı.