Müasir və Geniş Yataq Otağı Dəsti (Şkaf + Taxt + Güzgülü Komod)
Çox az işlənmiş, müasir üslubda, bej rəngli və qızılı detallarla bəzədilmiş tam yataq otağı dəsti satılır. Evin sahəsi kiçik olduğu üçün vaxtilə tumbasız sifariş edilib. Çox baha alınıb, köç ilə əlaqədar olaraq dəyərindən çox ucuz satılır. Dəstə daxildir:Geniş Paltar Şkafı (Qarderob): 6 qapılıdır, ortada iki böyük güzgüsü var. İçərisi çox tutumludur, rəfləri və asılqan hissələri tam saz vəziyyətdədir.
İkiəfərlik Çarpayı (Taxt): Başlığı müasir parça panellərdən və qızılı çərçivədən yığılıb. Çox qəşəng və möhkəmdir. (Matras üzərində hədiyyə verilir).Güzgülü Makiyaj Masası (Komod): Geniş güzgüsü, böyük daxili rəfləri və rahat açılıb-bağlanan siyirməsi var. (Ön tərəfindəki bəzi qızılı lentlərdə kosmetik qüsur var, qiymətdə nəzərə alınıb).
(Real alıcıya yerində cüzi endirim ediləcək)Ünvan Əhmədli/Çatdırılma: Daşınma və sökülmə (demontaj) alıcıya məxsusdur.