İş haqqında məlumat:
Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin planının işçi çertyojlarına, layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırmaq, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək;Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq;İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib etmək;Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək;Texniki sənədlərin ekspertizasını aparmaq, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək;
Tələblər:
Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;İş şəraiti: İş yeri: Mərdəkan qəs.İş qrafiki: 6 günlük iş həftəsi;Əmək haqqı: 1500 - 2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maaş: 1500 - 2000 ₼
Son müraciət: 05/10/2026