HR büdcəsinin hazırlanması, icrasının izlənilməsi, plan-fakt təhlilinin aparılması və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;Əməkhaqqı fondu, işçi sayı və digər HR xərcləri üzrə təhlil və proqnozların hazırlanması;Aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması;HR üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak, həmin göstəricilərin hesablanması və mütəmadi monitorinqi;İşə qəbul, işçi sayı, əməkhaqqı və işçi axını (turnover) göstəricilərinin təhlili, əsas tendensiyaların və dəyişikliklərin səbəblərinin müəyyən edilməsi;Vəzifələrin dərəcələndirilməsi (grading) sisteminin strukturunun və metodologiyasının hazırlanmasında, eləcə də tətbiqində iştirak;Performansın idarə edilməsi sisteminin hazırlanmasına və tətbiqinə analitik dəstəyin göstərilməsi, aidiyyəti tərəflərin zəruri məlumat və hesabatlarla təmin edilməsi;Vəzifə yüksəlişi təkliflərinin toplanması və qiymətləndirilməsi, onların büdcəyə və əsas HR göstəricilərinə təsirinin təhlili;İdarə Heyəti və rəhbərliyin strateji qərarlarını dəstəkləmək məqsədilə analitik hesabatların, təqdimatların, interaktiv dashboardların və əsaslandırılmış təkliflərin hazırlanması;HR proseslərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məlumatlara əsaslanan təkliflərin verilməsi;HR layihələri və təşəbbüsləri üzrə maliyyə hesablamalarının aparılması, gözlənilən xərclərin və büdcəyə təsirin qiymətləndirilməsi;HR məlumatlarının düzgünlüyünün, tamlığının və mənbələr üzrə uyğunluğunun yoxlanılması, hesabatlarda vahid hesablama metodologiyasının tətbiqinin təmin edilməsi;Məlumatların emalı və hesabatların hazırlanması proseslərinin avtomatlaşdırılmasında iştirak.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Tərəfdaş
Şirkət: Bank Respublika ASC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/bankrespublika/bankrespublika-insan-resurslari-departamenti-analitik-31410648/apply