Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması;Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili;Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması;İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması;İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi;Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması;İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi;Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması;Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi;İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması;Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması;Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: AzərPambıq ASK MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azercotton/azercotton-insan-resurslari-uzre-aparici-mutexessis-data-analitik-58792/apply