Təsvir
İnzibatçılığın sifarişləri əsasında əməkdaşlıq etdiyimiz 3-cü tərəf şirkətlərin fəaliyyətinə nəzarət və müvafiq hesabatların hazırlanması;
Bankın istifadəsində olan əmlaklarda quraşdırılmış texniki və məişət avadanlıqlarına baxım xidmətinin təşkil edilməsi;
Yeni və ya yerdəyişməsi nəzərdə tutulan ofislər üçün ərazi axtarışı üzrə məlumatın toplanması, təhlili və müqavilə inzibatçılığı işlərində dəstək;
Tələb edilən halda, inzibatçılıq şöbəsinə aid aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq məlumatların təqdim edilməsi;
İnzibatçılıq üzrə şöbəyə daxil olan sorğuların zamanında cavablandırılması və icra edilməsinə dəstək;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil: Texniki, İqtisadiyyat, maliyyə və ya digər müvafiq sahə üzrə Bakalavr / natamam Bakalavr təhsili
İş təcrübəsi: - 1 il;
Xarici dil: - Rus dili;
Kompüter bilikləri: Microsoft Office;
Digər: Güclü ünsiyyət bacarığı, təzyiq altında iş bacarığı, stressə davamlılıq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 08.10.2026