Komandamıza iOS platforması üzrə mobil tətbiqlərin və reusable SDK/framework-lərin hazırlanması və inkişaf etdirilməsi ilə məşğul olacaq iOS Developerlər (Middle/Senior) axtarırıq!
iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;Daxili və xarici istifadə üçün iOS SDK və framework-lərinin hazırlanması;SDK-lar üçün sadə, stabil, istifadəsi rahat və yaxşı sənədləşdirilmiş public API-lərin dizayn edilməsi;Tətbiqlərdə və SDK-larda məlumat təhlükəsizliyinin və şifrələmənin təmin edilməsi;Biznes analitika (BA), dizayn, backend, DevOps, informasiya təhlükəsizliyi (InfoSec) və QA komandaları ilə əməkdaşlıq edərək yeni funksionallıqların hazırlanması;Mövcud kodun keyfiyyətinin, performansının və stabilliyinin artırılması;Code Review proseslərində və texniki qərarların qəbulunda iştirak.
Tələblər:
iOS development sahəsində 1–4 il kommersiya təcrübəsi;Swift proqramlaşdırma dilini yaxşı bilmək;Həm UIKit, həm də SwiftUI ilə praktiki işləmə təcrübəsi;Müasir concurrency yanaşmaları üzrə bilik: async/await, Task, Actor, Structured Concurrency;Klassik multithreading yanaşmaları üzrə bilik: GCD, OperationQueue, Thread və lock mexanizmləri;Race condition və deadlock kimi çoxaxınlı proqramlaşdırma problemlərini anlamaq və həll edə bilmək;SDK və ya təkrar istifadə olunan (reusable) framework-lərin hazırlanması üzrə təcrübə;Mobil tətbiq təhlükəsizliyinin əsaslarını bilmək, o cümlədən Keychain, həssas məlumatların təhlükəsiz saxlanılması və SSL Pinning;Şifrələmə və hash alqoritmləri üzrə biliklər: AES, RSA, SHA və CryptoKit və ya CommonCrypto ilə işləmə təcrübəsi;MVVM, Clean Architecture kimi arxitektura yanaşmaları üzrə bilik;RESTful API və JSON ilə işləmə bacarığı;Yaddaşın idarə olunması (ARC, retain cycle) prinsiplərini anlamaq;Unit testlərin yazılması üzrə təcrübə (XCTest və ya Swift Testing);Git ilə işləmə bacarığı;SOLID prinsiplərini bilmək və oxunaqlı, təmiz kod yazmaq bacarığı.Üstünlük hesab olunurXCFramework hazırlanması və SDK-ların Swift Package Manager vasitəsilə yayımlanması üzrə təcrübə;SDK-larda versiyalama və geriyə uyğunluğun (backward compatibility) təmin edilməsi üzrə təcrübə;OWASP Mobile Top 10 və tətbiqlərin reverse engineering-dən qorunması üsulları üzrə bilik;Jailbreak aşkarlanması və kod obfuskasiyası ilə iş təcrübəsi;Combine ilə işləmə təcrübəsi;UI testlərin yazılması (XCUITest) üzrə təcrübə;CI/CD alətləri (Fastlane, GitHub Actions və s.) ilə iş təcrübəsi;Instruments vasitəsilə performans analizinin aparılması üzrə təcrübə;Texniki sənədləri oxumaq üçün ingilis dili biliyi.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: AzInTelecom MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azintelecom/azintelecom-ios-developer-middlesenior-80312840/apply