İşlənmiş, Qol saatı, Orient, rəng - Boz










190 ₼
İşlənmiş, Qol saatı, Orient, rəng - Boz
SatılırİşlənmişBu gün yayımlandı
ŞəhərMasazır
Tarix
Nömrə№1180004
Təsvir
Citizen Cosmotron
Həqiqətən saat həvəskarları diqqətlə oxusun
Bakıda hətta deyərdimki qafqazda cəmi bir ədəd olan əfsanəvi zamanının ötəsində olan Citizen Cosmotron saatını sizə təqdim edirəm
Bu saat kolleksiyamın qızıl dəyərindəki saatıdır bəzi mövzularıma görə hal hazırda satışa çıxarmışam.Saatı belə xüsusi prezentasiya etməyimdə səbəb həqiqətən qeyri adi və nadir olmasıdır. 1974cü ilə aid əsl vintajdır
Saatın içərisində çox nadir rast gəlinən və bir o qədərdə kolleksiya dəyəri olan hibrid bir mexanizma var indiki grand seikoda rastlanan mexanizm kimi hətta bu saat grand seikonun deyərdimki atası sayılır atası deməyimə səbəb 74cü ildə buraxılmasıdırki o vaxt üçün bu texnoligiya çağ ötəsi sayılırdı Hibrid o deməkdirki həm elektron həmdə mexaniki olmasıdır.Saat akumlyatordan aldığı gücü mexanikaya çevirərək işləməsini təmin edir(balans çarxına xüsusi maqnit vasitəsilə güc ötürərək)
İndi gələk hər saatda olmayan yalnız üst (luks) seqmentdə rastlanan özəlliyinə
Bu saat digər saatlardan fərqli olaraq Hi-Beat sayılır yani 36.000 bhp (10 Hz) tezliyində işliyir balans çarxı o qədər sürətli işləyirki işləyərkən gözlə görmək olmur buda öz növbəsində saatın axıcılığını çox möhtəşəm bir səviyyəyə çıxarır həmçinində dəqiqliyini artırır(daha ətraflı internetdə araşdıra bilərsiz)
Saatın digər özəlliyidə Flyback texnologiyasının olmasıdır əqrəbin 8 istiqamətində yerləşən düyməni basaraq saatın saniyəsini sıfırlamaq olur
Saatın hal hazırki vəziyyəti əladır üzərində olan korpus şüşə və digər ehtiyyat hissələri tam olaraq özünündür dəyişən detal yoxdur həmçinin baxmayaraqki 1974 cü ilin saatıdır saatda erroziya yoxdur korpus təmizdir
Yenilikcə batareyası dəyişilib həmçinin original yüksək qiymətə dəri kəmər qoyulub və kəmər dəyişiləndən saat taxılmayıb
Bu gözəl saatın haqqında bacardığım qədər məlumat verdim yalnız yenədə yadımdan çıxardığım hansısa nüans varsa əlaqə saxlayaraq öyrənə bilərsiz.sadəcə xahişim yalnız fikri real olanlar buyursun bu xoş vaxtımı ayırmağa hazıram
Qiymətinə gəldikdə mən deyim 2-3 hətta 4 qat ucuz paylaşmışam siz deyin Allah xeyrini versin)
Satışa çıxardığım üçün hal hazırda üzərimdə gəzdirirəm özüm şəhər adamıyam günün istənilən vaxtıda uyğunam
Saat elanda olduğu müddətcə satışda olacaq Allahın izni ilə gözəl insana qismət olacağına əminəm
Bölgələrimizə göndərmə imkanına sahibəm
Şərhlər
Mağaza vitrini
Hamısına bax

