Əməkdaşlara texniki dəstək göstərmək, hardware, proqram təminatı, şəbəkə və sistemlərlə bağlı problemləri müəyyənləşdirməsi və aradan qaldırılması;İT dəstək müraciətlərini qəbul etmək, qeydiyyata almaq, prioritetləşdirmək və müəyyən edilmiş prosedurlara uyğun olaraq vaxtında həllinin təmin edilməsi;Kompüter, noutbuk, printer, skaner, daxili telefonlar və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;Şirkətin siyasət və prosedurlarına uyğun olaraq istifadəçi hesablarının, giriş hüquqlarının, parolların və sistem icazələrinin yaradılmasının və idarə edilməsinin təmin edilməsi;Şəbəkə bağlantısı, Wi-Fi, VPN, elektron poçt, Microsoft 365 və digər istifadə olunan biznes tətbiqləri ilə bağlı texniki problemlərin həll edilməsi;İşə qəbul və işdən çıxış proseslərində İT dəstəyini təmin etmək, zəruri avadanlıqları, istifadəçi hesablarını və sistem girişlərinin hazırlanması;İT avadanlıqlarının vəziyyətinə və mövcudluğuna nəzarət etmək, hardware və software aktivləri üzrə dəqiq uçotun aparılması;Proqram təminatlarının quraşdırılması, yenilənməsi və İT avadanlıqlarının profilaktik texniki xidmətinin həyata keçirilməsi;Daha mürəkkəb texniki problemləri müvafiq İT komandalarına və ya xarici xidmət təminatçılarına yönləndirmək və problemin həllinə qədər prosesin izlənilməsi;Zərurət yarandıqda görüşlər, təlimlər, təqdimatlar və digər şirkət tədbirləri zamanı texniki dəstəyin göstərilməsi;İT təhlükəsizliyi siyasət və prosedurlarına riayət olunmasını təmin etmək və müəyyən edilmiş təhlükəsizlik və ya giriş problemləri barədə məlumat verilməsi;İT ilə bağlı sənədləri, istifadəçi təlimatlarını, avadanlıq reyestrlərini və texniki dəstək qeydlərinin hazırlanması və yenilənməsi;İT dəstək proseslərinin davamlı təkmilləşdirilməsində iştirak etmək və Zaqatala sahəsində səmərəli və istifadəçi yönümlü İT mühitinin formalaşdırılmasına töhfə verilməsi.
Vakansiya növü: Tam ştat
Şirkət: Tabaterra MMC
Yer: Zaqatala, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/tabaterra/tabaterra-it-helpdesk-mutexessisizaqatala-54117271/apply