İş haqqında məlumat:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi;Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması;İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi;Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması;Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi;İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması;Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi;İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak;Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür); İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; ƏMAS sistemi ilə işləmə bacarığı; Əməkhaqqı hesablamaları üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şəraitiƏmək Haqqı: 800-1000 AZNİş Qrafiki: 5 günlük iş həftəsiİş rejimi: 09:00 – 17:00İstirahət günü: Şənbə, bazar günləri
Maaş: 800 - 1000 ₼
Son müraciət: 23/09/2026