Mahshid Davam qaz sobası – dekorativ klassik dizaynlı, sərfəli və güclü otaq isitmə qurğusu.
Xüsusiyyətlər:
Peç təxminən 1 il 6 ay əvvəl alınıb və istifadə olunub. Ümumi vəziyyəti çox yaxşıdır, demək olar ki, təzə kimidir. İçərisindəki şüşələr də salamatdır, heç biri qırılmayıb.
Peçin yandırma sistemi (spiral/spiska) hazırda işləmir. Lakin uzun alışqan vasitəsilə rahat şəkildə yandırmaq mümkündür və özümüz qış ərzində elə istifadə etmişik, evə kombi istilik sistemi çəkəcəyimiz üçün düzəltdirməyə ehtiyac görmədik. Usta xərci baha deyil. Peç normal işləyir. 300 kvadrata qızdırılması bildirilir, amma real olaraq 170 qədər qızdırır. 250 AZN alınıb və 150 satılır. Real alıcı gəlib evdə qoşub yoxlaya bilər. Peçin ayaqlarıda var istifadə olunmayıb.