Ümumi Məlumat:
Global Inşaat Group şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər böyük vaxt və enerji tələb edir.
İş şəraiti
Məkan: Şəmkir rayonu
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
Daxil olan və çıxan rəsmi sənədlərin qeydiyyatını aparmaq
Sənədlərin düzgün şəkildə çeşidlənməsi və arxivləşdirilməsini təmin etmək
Rəsmi məktubların, ərizələrin və digər sənədlərin hazırlanmasında iştirak etmək
Elektron sənəd dövriyyəsi sistemində məlumatların daxil edilməsi və yenilənməsi
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək
Telefon zənglərini cavablandırmaq və aidiyyəti şəxslərə yönləndirmək
Daxili və xarici yazışmaların təşkili və nəzarəti
Sənədlərin icra müddətinə nəzarət etmək və gecikmələrin qarşısını almaq
Ofis daxili sənəd axınının koordinasiyasını təmin etmək
Lazımi hesabatların hazırlanmasına dəstək vermək
Tələblər:
Ali və ya orta ixtisas təhsili
Azərbaycan dilində sərbəst yazı və danışıq
MS Office proqramlarında (Word, Excel) işləmə bacarığı
Müvafiq vəzifə üzrə iş stajı arzuolunandır
Səliqəli, məsuliyyətli və diqqətli olma
Komanda ilə işləmə bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 09.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/global-insaat-group-karguzar-150753