Maliyyə şöbəsinin rəhbərinin tapşırıqlarına uyğun olaraq mühasibat uçotunun aparılmasında iştirak edir;İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, qaimələr, aktlar, ödəniş tapşırıqları və s.) qəbulunu, yoxlanılmasını və sistemləşdirilməsini həyata keçirir;Pul vəsaitləri, mal-material qiymətliləri və əsas vəsaitlər üzrə aparılan əməliyyatların uçotunun düzgünlüyünün təmin edilməsində iştirak edir;Əmək haqqının hesablanması, tutulmalar və ayırmalar üzrə ilkin məlumatların hazırlanmasında şöbənin digər əməkdaşlarına kömək edir;Bank və kassa əməliyyatları üzrə sənədlərin hazırlanmasında və uçotunun aparılmasında iştirak edir.Mühasibat proqramlarına məlumatların daxil edilməsini, elektron sənədlərin tərtibini və saxlanılmasını təmin edir; Mühasibat sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və arxivə təhvil verilməsini təmin edir;
Tələblər:
“Mühasibat uçotu haqqında” AR Qanununun əsas tələblərini; Mühasibat uçotunun aparılması qaydalarını və ilkin uçot sənədlərinin tərtib edilməsini; Əmək, vergi və sosial sığorta qanunvericiliyinin əsaslarını; Büroda mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları, mühasibat uçotunun aparılması qaydasını; Əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd dövriyyəsini; Mühasibat proqramlarından istifadə qaydalarını;
Vakansiya növü: Tam ştat
Şirkət: İcbari Sığorta Bürosu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/isb/isb-kicik-muhasib-31922106/apply