Elmlər metrosuna piyada 7 dəqiqəlik məsafədə, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilə otaq yoldaşı axtarılır.
Mənzilin ümumi aylıq kirayə haqqı 500 AZN-dir. Adambaşına 250 AZN düşür. Kommunal ödənişlər daxil deyil, adambaşına aylıq təxminən 18-20 AZN təşkil edir. Evdə mən və gələn şəxs olmaqla ümumilikdə 2 nəfər qalacaq. Gələn şəxsə zalda olan otaq veriləcək.
Binanın həyəti səliqəli və sakitdir. İstənilən vaxt gəlib evə baxmaq olar.
Tələb olunan şəxs işləyən, otaq yoldaşına hörmətlə yanaşan, evin təmizliyinə diqqət edən və siqaret çəkməyən biri olmalıdır.
Evdə sürətli internet, mərkəzi istilik sistemi, kondisioner, paltaryuyan və digər lazımi əşyalar mövcuddur.
Elan növü: Otaq yoldaşı
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Yasamal ray., Yasamal qəs., Elmlər Akademiyası m/st