Şəxsi evimizdir. 2 otaqlı, super təmirli mənzil kirayə verilir.
Mənzil zal, yataq otağı, mətbəx, hamam-tualet və balkondan ibarətdir. Metroya piyada 10 dəqiqə, Laçın Ticarət Mərkəzinə isə 5–7 dəqiqəlik məsafədə yerləşir.
Binanın giriş qapısı kilidlidir, lift işlək vəziyyətdədir. Həyətdə besedkalar, parkinq yeri, uşaq oyun parkı, idman sahəsi və futbol meydançası mövcuddur. Yaxınlıqda Bravo, Araz, Megastore, OBA, məktəblər, uşaq bağçaları, restoranlar, kosmetik mağazalar və digər bütün zəruri infrastruktur var.
Mənzil super təmirlidir. Bütün əşyalar və istifadə olunan materiallar keyfiyyətlidir. Su, qaz, işıq və Wi-Fi fasiləsiz işləyir. Hazırda 3 ildir özümüz yaşayırıq.
Mənzil səliqəli, evə və əşyalara diqqətlə yanaşacaq şəxslərə verilir. Qanuni qaydada müqavilə ilə kirayə veriləcək. Razılaşmaya əsasən ilk ay kirayə haqqı ilə yanaşı depozit də tələb olunacaq.
Yataq otağında bütün mebellər qalacaq, çarpayı bazalıdır. Zaldakı hazırkı divan, kreslo və stol-stullar götürüləcək, yerinə yeni divan və stol-stullar qoyulacaq.
Mənzildə TV, kondisioner, internet, kombi və digər bütün şərait mövcuddur. Kafel olan hissələr isti döşəmə ilə təchiz olunub.
Mətbəxdə duxovka, soyuducu, paltaryuyan maşın və digər zəruri avadanlıqlar var. Balkonda 2 ayrı şkaf mövcuddur, əşyalarınızı saxlamaq üçün istifadə edə bilərsiniz.
Ətraflı məlumat və mənzilə baxış üçün nömrəyə zəng edə və ya WhatsApp vasitəsilə yaza bilərsiniz.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Nizami ray., 8-ci kilometr qəs., Xalqlar Dostluğu m/st