Meşə Kənarında, Mərkəzə 5 Dəqiqəlik Məsafədə Günlük və Aylıq Kirayə Villa
Ev şəhər mərkəzindən cəmi 5 dəqiqəlik məsafədə, meşə ilə əhatələnmiş sakit və təmiz havalı ərazidə yerləşir.
* 2 mərtəbəli
* 3 otaqlı
* 3 sanitar qovşağı və hamam (onlardan biri həyətdə yerləşir)
* Geniş besedka və avtomobil saxlamaq üçün yer
* Standart olaraq 7 nəfər üçün nəzərdə tutulub
* Açılan divanlar hesabına əlavə ödənişlə uşaqlarla birlikdə 11 nəfərə qədər qonaq qəbul etmək mümkündür
Evdə rahat istirahət üçün bütün şərait yaradılmışdır:
* 3 ədəd televizor
* Stereo səs sistemi
* Yüksək sürətli optik internet
* Besedka
* Samovar
* Manqalxana
* Daimi kombi sistemi və su
* Qab-qacaq dəsti
* Paltaryuyan maşın
* Həyətdə ayrıca mətbəx və soyuducu
* Açıq havada oturacaq dəsti
Ev həm qısamüddətli istirahət, həm də uzunmüddətli qalmaq istəyən ailələr üçün əlverişlidir.
Qeyd: Göstərilən qiymət 7 nəfər üçün nəzərdə tutulmuşdur.
Giriş saatı: 14:00
Çıxış saatı: 12:00
Xoş istirahətlər arzulayırıq!
Elan növü: Günlük kirayə
Əmlak növü: Bağ evi
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Qusar