28 Park Residence-də, 28 May metrosunun və Qədim Rus-Pravoslav kilsəsinin yanında, 18 mərtəbəli binanın 14-cü mərtəbəsində günlük kirayə mənzil verilir.
Mənzildə 2 yataq otağı, 1 qonaq otağı və 1 hamam-tualet var. Şəhərə gözəl mənzərəsi, 2 ədəd yerdən tavana qədər vitraj pəncərəsi və geniş balkonu mövcuddur. Mənzildə 4 nəfərlik yataq (2 king-size yataq), kombi sistemi, bütün otaqlarda kondisioner və Smart TV var.
Binada 2 sürətli lift, 24 saat mühafizə və pulsuz parkinq xidməti mövcuddur. Yaxınlıqda 24 saat açıq böyük Bravo market və 2 aptek yerləşir.
Mənzil mikrodalğalı soba, qaz peçi, soyuducu, Tefal, soba, 2 ədəd 162 sm Smart TV, optik sürətli internet və digər zəruri əşyalarla tam təmin olunub. Yataq dəstləri, hamam və əl dəsmalları, başmaqlar, yemək dəstləri, çəngəl-bıçaq, qazan və tava mövcuddur. Ehtiyat yeni və təmiz yataq dəstləri də verilir.
Mənzil yerli və xarici qonaqlara qısa müddətli, günlük kirayə verilir. Səs-küy yaradaraq qonşuları narahat edə biləcək tədbirlər və digər fəaliyyətlər üçün verilmir.
Giriş: 12:00
Çıxış: 14:00
Xüsusi hallarda giriş və çıxış vaxtı ödənişli və ya ödənişsiz dəyişdirilə bilər. Qiymət gün sayından asılı olaraq dəyişir.
Günlük qiymət 70 AZN-dən başlayır.
Əlaqə üçün elanda qeyd olunan nömrə ilə 09:00–02:00 aralığında əlaqə saxlaya bilərsiniz.
Elan növü: Günlük kirayə
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Nəsimi ray., 28 May m/st