1 xanım otaq yoldaşı axtarılır. Evdə hazırda 4 qız qalır, ümumilikdə 5 qız yaşayacaq.
Təmizkar, səliqəli, normal həyat tərzi olan, 23 yaşadək işləyən və ya tələbə xanımlar əlaqə saxlaya bilər.
Aylıq ödəniş: 130 AZN. Kommunal ödənişlər qiymətə daxil deyil.
Evdə olan əşyalar:
Soyuducu, mikrodalğalı soba, paltaryuyan və tozsoran.
Özü ilə gətirməlidir:
Ütü, çaydan, qazan, tava və digər mətbəx əşyaları, saç qurutma feni, döşək, yorğan, yastıq və yataq dəsti.
Yeməklər ayrı hazırlanır.
Yaxın dayanacaqlardan keçən avtobuslar: 7A, 21, 60, 11, 44.
Mənzil Həzi Aslanov metrosuna 5 dəqiqə, Əhmədli metro stansiyasına isə 10 dəqiqə məsafədə yerləşir. 6 saylı ASAN xidmət mərkəzinin qarşısında, Ukrayna dairəsində yerləşir.
Qaydalar:
* Evə əks cinsdən olan şəxslərin (ata, qardaş, sevgili, dost, nişanlı və s.) gəlməsinə icazə verilmir.
* Ailə üzvlərindən yalnız ana maksimum 2 gün gəlib qala bilər.
* Kommunal və kirayə ödənişlərinin gecikdirilməsinə icazə verilmir.
* Ümumi istifadədə olan hamam, tualet, mətbəx və digər yerlərdə şəxsi əşyalar qoymaqla digər xanımlara mane olmaq olmaz.
* Digər xanımların əşyalarına toxunmaq, istifadə etmək və geyimlərini geyinmək qadağandır.
* Dərs oxuyan xanımlara mane olmaq və yüksək səs çıxarmaq olmaz.
* Gecə saat 12-dən sonra evə daxil olmaq, həmçinin işləyən xanımların istirahət günlərində onları qəsdən və ya bilməyərəkdən narahat etmək, yuxudan oyatmaq qadağandır.
Elan növü: Otaq yoldaşı
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Orta təmirli
Yerləşmə: Xətai ray., Həzi Aslanov qəs., Həzi Aslanov m/st