Yüksək keyfiyyətli cins materialdan hazırlanmış bu beysbolka həm rahat, həm də davamlıdır. Ön hissəsində qızılı rəngdə tikmə detallar dizayna enerjili və idman tərzi görünüş verir. Cins kənar hissəsində ziqzaq tikişlər yer alır və modeli daha fərqli göstərir. Rahat tənzimlənən arxa qayışı ilə hər baş ölçüsünə uyğundur. Göy rəngi ilə həm gündəlik, həm də idman geyimlərinə uyğun seçimdir.