İtlər üçün "Nature's Protection" konservləri cavan və yetkin itlərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün yaradılmış Super Premium sinif nəm qidadır. İnsan istehlakına yararlı olan təbii yüksək keyfiyyətli ət əsas protein mənbəyidir. Hər reseptin təbii dadını, ətrini və qidalı maddələrini qorumaq üçün diqqətlə hazırlanmışdır. "Nature's Protection" quru yeməyi ilə mükəmməl uyğunlaşır. İstifadəyə hazır bir qab konservi - heyvanı bir dəfə yemlə təmin etmək üçün optimal miqdardadır, buna görə evdə, yolda və ya sərgilərdə əlverişlidir. Konservləşdirilmiş Adult Game qidası - bulyonda təqdim olunan və minerallarla zənginləşdirilmiş təbii vəhşi ət parçalarıdır. Əsas protein mənbəyi - keyfiyyətli vəhşi ət. Ət miqdarı böyükdür - 70%. Gurmanlar üçün. Toyuq ətinə allergiyası olan itlər üçün uyğundur. Ət parçalar şəklində təqdim olunur, yəni bütov konsistensiya deyil. Tərkibində yalnız ət və bulyon vardır. Minerallarla zənginləşdirilmişdir. Yaxşı həzm olunan qidadır. Konservləri öz dad və ətri səbəbilə sevilir. Hermetik, rahat, asan açılan qablaşdırma. Tərkibində konservantlar, sümük unu, soya və ya taxıl qarışıqları, süni boya maddələri, ətirlər və dadartırıcılar yoxdur, mekanik yolla ayrılmış ət istifadə edilmir. Konservlər TM Nature’s Protection tələbi və nəzarəti ilə Almaniyada istehsal olunur.