Gözaltı kölgələri, qüsurlar, qızartılar - bunlar keçmişdə qaldı: Liquid Camouflage konsileri yenilənmiş tərkibi ilə 12 saatadək davamlı sıx örtük təmin edir və hətta döyməni də gizlədə bilir. Məhsulun tərkibində artıq mikroplastik və silikonlar tamamilə yoxdur. Vasitənin suya davamlı teksturası piqmentlə zəngindir və iz qoymur. Praktik aplikator dəqiq tətbiqi təmin edir, və maye tekstura sayəsində konsiler dərinizlə hamar birləşir. Konsilerdən istifadə etməklə dərinizin qüsurlarını tonal kremin tətbiqindən qabaq və ya sonra gizlədə bilərsiz - o həmçinin konturlaşdırma üçün də uyğundur. Alnınıza, çənənizə və burun üst hissəsinə öz dəri tonunuzdan bir-iki ton açıq olan konsiləri tətbiq edərək onları vizual olaraq önə çıxarda bilərsiniz. Sümük altı və burun kənarlarında daha tünd konsiler üzdə konturları əlavə vurğulayacaq. Rəng seçərkən diqqətli olun və swatchlarla yönləndirin.