
Konstruktor

Razılaşma yolu ilə
Konstruktor
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1733210
Təsvir
MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti-nin Azərbaycan Respublikasındakı Filialı “Konstruktor” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə Öhdəlikləri:
Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması.
Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması.
Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq.
Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması.
İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət.
Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək.
Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi.
Tələblər:
Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə).
Sahədə minimum 1 il iş təcrübəsi.
AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı.
Tikinti normativləri və standartları (SNİP, Eurocode və s.) üzrə biliklər.
Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi.
Komandada işləmə bacarığı və müvafiq işgüzar ünsiyyət vərdişləri.
İş şərtləri:
İş qrafiki: Həftə içi 6 gün, şənbə günü qısaldılmış iş rejimi.
Könüllü tibbi həyat sığortası.
Korperativ mobil nömrə.
Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 05.10.2026
Bənzər elanlar















