“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
Müqavilələrə və digər hüquqi sənədlərə hüquqi baxışın keçirilməsi.Standart müqavilə formalarının hazırlanmasını, standart vı qeyri-standart müqavilə formalarının hüquqi ekspertizasını icra etmək;Şirkət rəhbərliyinə, struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq.Qanunvericilik dəyişikliklərinin şirkətin əməliyyatlarına necə təsir etdiyini təhlil etmək və uyğunluğu təmin etmək üçün vaxtında tövsiyələr vermək.Müvafiq hüquqi yenilikləri daxili maraqlı tərəflərə fəal şəkildə çatdırmaq və şirkətin siyasət və prosedurlarının cari qanuni tələbləri əks etdirməsini təmin etmək.Maliyyə məhsullarına hüquqi baxışın keçirilməsi.Dövlət orqanları və təşkilatlarla yazışmalar aparmaq;Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
Tələblər:
Namizəddən gözləntilərimiz:Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi LLM, MBA üstünlükdür)Bank sahəsində iş təcrübəsi üstünlükdür;İş təcrübəsi : minimum 1-3 ilədək (müqavilə, beynəlxalq müqavilə tərtibi və ya ekspertizası üzrə)Hüquq sahəsində geniş təcrübə: mülki,əmək və bank qanunvericiliyi üzrə geniş biliklərDil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə, rus dili üstünlükdürKompüter bilikləri: Microsoft Office əla səviyyədə (xüsusilə Word, Excel, Power Point)
Bacarıqlar:
Analitik bacarıqlarÜnsiyyətTəfərrüata diqqətProblemin həlliLayihə İdarəetmə
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: FINCA Azerbaijan
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/fincaazerbaijan/fincaazerbaijan-korporativ-isler-uzre-huquqsunas-84801209/apply