Vəzifə öhdəlikləri:
Yeni müştərilərin axtarılması və əlaqələrin qurulması;
Müştərinin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun uniforma/iş geyimlərinin təklif edilməsi;
Satış prosesinin sifarişin qəbulundan yekunlaşdırılmasına qədər izlənilməsi;
Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
Görüş və satış nəticələri barədə rəhbərliyə məlumat verilməsi.
Tələblər:
Satış sahəsinə marağı olan və ünsiyyətcil olmaq;
Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;
Yeni müştərilərin axtarışı və əlaqə yaratmaq istəyinin olması;
Satış sahəsində təcrübə arzuolunandır;
Məsuliyyətli və aktiv olmaq;
Komanda ilə işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq;
Kompüterdə əsas proqramlarla işləmə bacarığı;
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
Həftədə 5 günlük iş qrafiki;
İş rejimi: 09:00 – 18:00
Əmək haqqı: 700 AZN + bonus
İş yeri: Bakı, Nərimanov ray., Koroğlu Rəhimov küç.22C
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 700 AZN
Son müraciət tarixi: 12.10.2026