Mövcud və potensial müştərilərlə gündəlik kommunikasiya və əlaqələrin qurulması;Müştərilərin sorğu və müraciətlərinin qəbul edilməsi, operativ şəkildə cavablandırılması;Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;Satış prosesinin ilkin mərhələlərinin həyata keçirilməsi və müştərilərin satış üzrə mütəxəssislərə yönləndirilməsi;Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;Mövcud müştərilərlə münasibətlərin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi;Müştəri məlumatlarının CRM sistemi və daxili bazalarda düzgün qeydiyyata alınması və yenilənməsi;Təkliflərin, kommersiya məlumatlarının və digər zəruri sənədlərin müştərilərə təqdim edilməsi;Müştəri şikayət və problemlərinin araşdırılması və aidiyyəti struktur bölmələrlə koordinasiya edilməsi;Satış və müştəri xidmətləri üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;Müştəri məlumatlarının məxfiliyinin qorunması;Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;Şirkətin daxili prosedur və müştəri xidməti standartlarına riayət olunması.
Tələblər:
Ali təhsil; Müştəri xidməti, satış və ya əlaqəli sahələrdə iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür;Güclü ünsiyyət və müştəriyönümlü yanaşma;Aktiv dinləmə və müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmə bacarığı;Komandada işləmək və effektiv əməkdaşlıq etmək bacarığı;Məsuliyyətlilik, diqqətlilik və operativlik; Stressli və intensiv iş şəraitində effektiv işləmək bacarığı; MS Office proqramlarından, xüsusilə Word və Excel-dən istifadə bacarığı;Öyrənməyə, yeniliklərə və peşəkar inkişafa açıq olmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: ATB Bank
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/atb/atb-korporativ-satis-sobesinin-kicik-musteri-meneceri-korporativ-bankciliq-departame-68760873/apply