Vəzifə öhdəlikləri:
Layihələrin planlaşdırılması, təşkili və icrasına nəzarət etmək;
Layihə üzrə iş qrafiklərini və icra planlarını hazırlamaq;
Layihənin vaxtında və müəyyən edilmiş tələblərə uyğun icrasını təmin etmək;
Komanda üzvləri arasında iş bölgüsü aparmaq və onların fəaliyyətini koordinasiya etmək;
Müştəri, tərəfdaş və digər əlaqəli şəxslərlə kommunikasiya aparmaq;
Layihə üzrə sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
Layihənin büdcəsinə və resurslarına nəzarət etmək;
Yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll yolları təklif etmək;
Layihənin nəticələri üzrə yekun hesabatların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
Ali təhsil;
Layihələrin idarə olunması sahəsində iş təcrübəsi;
Planlaşdırma, təşkilatçılıq və koordinasiya bacarığı;
Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də yaxşı işləmək bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
İş şərtləri:
İş qrafiki: tam iş günü;
İş yeri: Bakı;
Əmək haqqı: müsahibə əsasında.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/holiday-in-azerbaijan-layihe-meneceri-150973