Lazer səviyyə dəsti, ştativ və aksessuarlarla birlikdə.
Dəstə şəkildə görünən əsas qurğusu, qırmızı rəngli yığılan ştativ, tənzimləmə üçün montaj hissələri, adapter/bağlayıcı elementlər, enerji adapteri və sərt plastik daşıma çantası daxildir. Qurğu yaşıl lazer xətləri proyeksiya edir və üzərində rəqəmsal göstərici ekran mövcuddur. Korpus üzərində idarəetmə düymələri yerləşir.
Komplekt tikinti, təmir, kafel döşənməsi, divar və tavan işləri, mebel və rəf quraşdırılması kimi işlərdə səviyyənin düzgün tutulması üçün uyğundur. Ştativ sayəsində müxtəlif hündürlüklərdə yerləşdirmək mümkündür. Çanta içərisində bütün hissələr üçün ayrıca yuvalar var, bu da səliqəli saxlama və daşınmanı rahat edir.
Şəkillərdə görünən komplekt:
- Lazer səviyyə cihazı
- Qatlanan ştativ
- Montaj və tənzimləmə aksesuarları
- Adapter
- Daşıma çantası
Rəng: qırmızı-qara.