Lenovo Legion 5 15AHP10 premium səviyyəli gaming və multimedia istifadə üçün nəzərdə tutulmuş güclü noutbukdur. 15.1 düymlük QHD+ (2560×1600) OLED ekranı, 165 Hz yenilənmə tezliyi və 100% DCI-P3 rəng əhatəsi ilə ultra canlı və yüksək kontrastlı görüntü təqdim edir. 1000 nits parlaqlıq isə parlaq mühitdə belə rahat istifadə imkanı yaradır AMD Ryzen 7 260 prosessoru (8 nüvə / 16 thread) və NVIDIA GeForce RTX 5050 8GB (115W) videokartı ilə bu model həm müasir oyunlar, həm də ağır proqramlar üçün yüksək performans təmin edir 16GB DDR5-5600MHz operativ yaddaş sürətli multitasking imkanı yaradır, 512GB Gen4 SSD isə sistemin sürətli açılması və yüksək məlumat ötürmə sürəti təmin edir. Model geniş bağlantı imkanları ilə təchiz olunub: USB-C 4, HDMI, USB portları və RJ-45 Ethernet. 24-Zone RGB işıqlandırmalı klaviatura gaming təcrübəsini daha dinamik və fərdiləşdirilə bilən edir 1.9 kq çəkisi və Eclipse Black rəngi ilə həm portativ, həm də premium dizayna malikdir. Lenovo Legion 5 seriyası yüksək performans, keyfiyyətli ekran və güclü qrafik imkanlarını bir araya gətirən ideal gaming həllidir.