Vəzifə öhdəlikləri:
Beynəlxalq yüklərin hava, dəniz və avtomobil nəqliyyatı ilə daşınmasını koordinasiya etmək
İdxal və ixrac yüklərinin daşınma prosesinin idarə olunması
Gömrük rəsmiləşdirilməsi prosesinin izlənilməsi və koordinasiyası
Daşıma və gömrük sənədlərinin hazırlanması və yoxlanılması
Xarici və yerli tərəfdaşlarla, daşıyıcı şirkətlərlə və brokerlərlə əlaqələrin idarə olunması
Yüklərin hərəkətinin gündəlik monitorinqi və çatdırılma müddətlərinə nəzarət
Daşıma qiymətlərinin araşdırılması, təkliflərin alınması və müqayisə edilməsi
Logistika xərclərinin optimallaşdırılması
İdxal sənədlərini hazırlamaq və yoxlamaq: Commercial Invoice, Packing List, COO, EX1, T1, CMR, B/L, AWB, sertifikatlar və icazələr
Logistika prosesləri üzrə hesabatların hazırlanması
Daşıma zamanı yaranan operativ problemlərin həlli və proseslərin koordinasiyası
Tələblər:
Logistika, təchizat zənciri, nəqliyyat və ya uyğun sahə üzrə ali təhsil
Logistika sahəsində 1–3 il iş təcrübəsi
Beynəlxalq daşımalar və gömrük prosesləri üzrə praktiki bilik
Beynəlxalq daşıma yerli və xarici agentləri portfeli
MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq
İngilis dili – C1
Analitik düşüncə və operativ qərarvermə bacarığı
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
Üstünlük hesab olunur:
Peşəkar logistika sertifikatının olması üstünlükdür
Rus dili – B1/B2
Biz nə təklif edirik:
Əmək haqqı: 1000–1500 AZN + KPI
Peşəkar və karyera inkişafı imkanı
Stabil və inkişaf yönümlü iş mühiti
Peşəkar komanda ilə işləmək imkanı
Ünvan: Əhməd Rəcəbli küçəsi 27B
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 18.10.2026