Vəzifəyə aid öhdəliklər:
Brend və məhsul kampaniyalarının kommunikasiya planlarını hazırlamaq və icrasını koordinasiya etmək;
Reklam materiallarının, POSM-ların, təqdimatların, korporativ və promo məzmunların hazırlanmasını idarə etmək;
Dizayn, istehsal və reklam agentlikləri ilə əməkdaşlıq etmək, layihələrin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
Tədbirlər, sərgilər, məhsul təqdimatları və promosiya layihələrinin kommunikasiya hissəsini koordinasiya etmək;
Brend kitabçasına (Brand Book) uyğunluğa nəzarət etmək;
Marketinq fəaliyyətlərinin nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
Satış komandası ilə koordinasiyalı işləyərək marketinq dəstək materiallarının hazırlanmasını təmin etmək.
Namizədə tələblər:
Marketinq, Kommunikasiya, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
FMCG sektorunda və ya marketinq kommunikasiyaları sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis dili biliyi üstünlükdür;
Kreativ düşüncə və yüksək təşkilatçılıq bacarığı;
MS Office proqramlarında istifadəçi qismində sərbəst işləmək bacarığı;
Reklam istehsalı, çap məhsulları və marketinq materialları üzrə biliklər üstünlük hesab edilir.
Biz təklif edirik:
Peşəkar və dinamik iş mühiti;
Karyera inkişafı imkanları;
Korporativ təlim və inkişaf proqramlarında iştirak;
İş şəraiti:
Həftə içi 5 günlük iş qrafiki;
İş qrafiki: 09:00 – 18:00;
Əmək haqqı: 500 – 600 Azn aralığındadır;
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Marketinq Kommunikasiyaları üzrə kiçik mütəxəssis" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
Maaş: 500 AZN
Son müraciət tarixi: 16.10.2026