İş haqqında
İdman sahəsində fəaliyyət göstərən təşkilat 2 aylıq layihə əsaslı əməkdaşlıq çərçivəsində marketinq və ictimaiyyətlə əlaqələr istiqamətlərinə rəhbərlik edəcək peşəkar axtarır.
Qeyd: Layihə müddəti ərzində yüksək nəticə göstərən namizəd üçün əməkdaşlığın daimi əsaslarla davam etdirilməsi imkanı mövcüddur.
Vəzifə öhdəlikləri
Marketinq və PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
Brendin inkişafı, media və ictimaiyyətlə əlaqələrin, rəqəmsal marketinq fəaliyyətinin idarə olunması;
Sponsorların və strateji tərəfdaşların cəlb edilməsi, yeni əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
Marketinq kampaniyalarının, tədbirlərin və brend tanınırlığının artırılması üzrə layihələrinin planlaşdırılması və icrası;
Press-relizlərin, çıxışların, təqdimatların və digər kommunikasiya materiallarının hazırlanması və keyfiyyətinə nəzarət;
Rəhbərliklə birbaşa işləmək, strateji təşəbbüslərin həyata keçirilməsi və hesabatların hazırlanması.
Tələblər
Marketinq, İctimaiyyətlə əlaqələr, Biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil;
Marketinq və/və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər və ya aparıcı vəzifədə təcrübə;
Sponsorluq, tərəfdaşlıqlar və biznes inkişafı sahəsində uğurlu təcrübə;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı zəruridir, rus və ingilis dili bilikləri arzuolunandır;
Çox güclü yazılı ünsiyyət bacarıqları, peşəkar mətnlərin hazırlanması və redaktəsi təcrübəsi;
Yüksək səviyyədə kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Strateji düşüncə, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.
Biz nə təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı;
Dinamik və peşəkar iş mühiti;
Rəhbərliklə birbaşa işləmək və qərarların qəbulunda iştirak imkanı;
Peşəkar inkişaf və uğurlu fəaliyyət göstərildiyi təqdirdə təşkilatın daimi heyətinə qoşulmaq imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 11.09.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-marketinq-ve-ictimaiyyetle-elaqeler-uzre-rehber-head-of-marketing-and-pr-150533