Məşhur Amerika markası Anastasia Beverly Hills-in maye mat pomadası dünya üzrə bir çox pərəstişkar qazandı. Geniş rəng palitrası, istifadədə rahat formula və möhtəşəm məxmər tekstura - bu gözəlliyə duruş gətirmək mümkün deyil! Rahat aplikator kosmetik vasitənin bərabər tətbiqini təmin edir, ona görə də fırça və karandaş istifadə etmədən dodaqların konturunu çəkib rənglə doldurmaq çətinlik yaratmayacaq. Pomada quruduqdan sonra tamamilə mat və dayanıqlı olur, onun dəbdəbəli veler texstrası həm gündəlik, həm də gecə lookunu tamamlayacaq. Pomadanın bütün çalarları üstün piqmentasiyaya malikdir, buna görə də hər biri dolğun və ifadəli görünür. İdeal nude, tozlu gül, incə bənövşəyi... Anastasia Beverly Hills-dən sevimlilərinizi seçin!