Mühərrik 2.0L-M111 sadə matordur (ən dözümlülərindən). Saat kimi işləyir,qətiyyən yağ yeməsi, tüstüləməsi yoxdur. Xodovoyuna vaxtı-vaxtında baxılıb, peredokda səs yoxdur, bir sözlə otur-sür maşındır.
Yanacaq sərfiyyatı çox ekanomdur: şəhər içi 9-10 litr, trasda 6.5-7.5 litr işlədir.
Rəngi tünd bozdur (yaş asfalt).Yüngül kosmetikaya ehtiyac var-şəkildə necə görünürsə elədir. Salonu çox səliqəlidir.Çeşkalarda əksəriyyətinin şitində çatlar olur, amma bu maşının şitində qətiyyən çatlama yoxdur, təmiz və bütöv qalıb. Kuzovu da salonu kimi çox sağlam və baxımlı qalıb.
Maşının təchizatı:
* Android monitor,arxa və ön görüntü kamerası
* Kondisioner
* ABS əyləc sistemi
* Ön elektron şüşəqaldıranlar
* Elektron idarə olunan yan güzgülər
* Mərkəzi qapanma sistemi
* Gidravlika sükan
Nömrə ilə bağlı:
Maşının üstündəki 10-VX-655 nömrəsi qeyd olunan qiymətə daxil deyil. Maşın nömrəsiz satılır. Amma kimsə "10" seriyasını üstündə saxlamaq istəsə, nömrənin qiymətini əlavə olaraq razılaşıb verə bilərəm.
Maşına baxdıqdan sonra real alıcıya maşının yanında yaxşı endirim edəcəm. Xahiş edirəm, leş maşınlarla səhv salıb telefonda qiymət öldürməyə çalışanlar narahat etməsin. Almaq istəyən buyurub gəlib baxa bilər.