Mərdəkan 21 Sotda Lüks Bağ Evi Satılır

Mərdəkan 21 Sotda Lüks Bağ Evi Satılır
SatılırYeni
Şəhər
Bakı
Tarix
21.02.2026
Baxışlar
209
Nömrə
№147568

Mərdəkan qəsəbəsində 21 sot torpaq sahəsində, magistral yoldan kənarda yerləşən bağ evi satılır. 2019-cu il tikintisi olan karkas tipli villa 3 mərtəbəlidir (zirzəmi mərtəbəsi daxil olmaqla). Evin ümumi sahəsi 750 m²-dən çoxdur, bütün mərtəbələrdə tavan hündürlüyü 3.3 m-dir. Birinci mərtəbə: mətbəx, İtaliya istehsalı odunla işləyən kaminli qonaq/yemək otağı, iş otağı, sanitar qovşaq, holl və qarderob. Hovuz çıxışı olan açıq veranda mövcuddur. İkinci mərtəbə: hər birinin öz sanitar qovşağı olan 4 yataq otağı və 2 balkon. Zirzəmi mərtəbəsi: tavan hündürlüyü 4 m olan 4 tam otaq, zirzəmidən düz dama çıxış verən 1.5 m enində oniks daş pilləkən. Villa vitraj pəncərələrlə təchiz olunub. Zirzəmi daxil olmaqla bütün evdə isti döşəmə, split kondisioner və havalandırma sistemi mövcuddur. Daxili üzlük materialları (parket, divar kağızları, keramika) tamamilə İtaliya istehsalıdır. Həyətdə bütün şəraiti olan mühafizəçi/bağban evi və qapalı şüşələnmiş manqal zonası mövcuddur. Manqal zonasında qaz, su, mətbəx mebeli, isti döşəmə və kondisioner var. Ərazidə 12x6 metr ölçüdə qızdırılan açıq hovuz (İtaliya mozaikası), 100-dən çox meyvə və dekorativ ağac, kollar və güllər mövcuddur. Fərdi transformator, gərginlik stabilizatoru, 50 kVa generator, Almaniya istehsalı qaz qazanı, 40 tonluq yeraltı su çənləri, nasos və filtr sistemi var. Qaz, su və elektrik daimidir. Qiymət: 1 350 000 manat Əlaqə: 055 868 86 86

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sakit və prestijli ərazi 9 otaqlı həyət evi/bağ evi

Mərtəbə sayı: 3

Tikili sahə: 750

Torpaq sahəsi: 21

Şərhlər