



İsti sobadan çıxan bulka, kekslər və sevdiyiniz şirniyyatlarla tez-tez ailə üzvlərinizi sevindirmək istəyirsiniz? Güclü mikser bu arzunuzu yerinə yetirməyə kömək edəcək. Gündəlik istifadə üçün nəzərdə tutulan Kenwood HMP30 A0SI əl mikseri bir çox üstünlüklərə sahibdir:
Kenwood mikserinin korpusu gümüşü rəngdə təqdim edilib. Möhkəm plastikdən hazırlanan gövdə cihazın daxili hissələrini zərbələrdən etibarlı şəkildə qoruyur. Çırpıcı və qarışdırıcı başlıqların materialı yüksək keyfiyyətli poladdır. Beləliklə, qarışdırdığınız inqrediyentlər başlıqlarla təmasdan öz mükəmməl dadını dəyişməyəcək. Mikserin qulpunda 3 ədəd düymə yerləşir: başlıqları yuvadan çıxardan düymə, sürət seçimi və impuls rejimi. Turbo rejimini seçmək üçün sürət seçimində düyməni 5 rəqəminə doğru sürüşdürün.
Kontakh Home mikser barədə daha geniş məlumatlar əldə etmək istəyənlər üçün “Canlı video məsləhətçi” xidmətini təqdim edir. Əməkdaşımıza video zəng vasitəsilə qoşulub məhsulu canlı görə biləcəksiniz.














