
Mobiloqraf (YouTube & TikTok)

Razılaşma yolu ilə
Mobiloqraf (YouTube & TikTok)
SatılırİşlənmişBu gün
Tarix
Nömrə№1773734
Təsvir
Əsas vəzifə öhdəlikləri:
YouTube kanalının tam idarə olunması: kontent planının hazırlanması, çəkiliş, montaj, yerləşdirmə və nəticələrin izlənilməsi;
TikTok və YouTube Shorts üçün kreativ və dinamik qısa video kontentlərin hazırlanması;
Həftəlik minimum 4 qısa videonun hazırlanması və yayımlanması;
YouTube üçün uzun formatlı video kontentlərin çəkilişi və montajının həyata keçirilməsi;
Kontentin ideyadan çəkilişə, montajdan yayıma qədər bütün prosesinin müstəqil idarə olunması;
YouTube, TikTok və digər video platformalarındakı trendlərin davamlı izlənilməsi;
Yeni video formatlarının, rubrikaların və kreativ ideyaların hazırlanması və test edilməsi;
YouTube SEO tələblərinə uyğun başlıq, təsvir, teq və digər elementlərin hazırlanması;
Kanal statistikasının və video performans göstəricilərinin izlənilməsi və təhlil edilməsi;
Aylıq nəticələr üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Brendin üslubuna uyğun vizual və video kontentin hazırlanmasının təmin edilməsi.
Kvalifikasiya tələbləri:
Təhsili: Ali və ya orta ixtisas təhsili üstünlükdür;
İş təcrübəsi: Mobiloqrafiya, video çəkiliş və kontent istehsalı sahəsində praktiki iş təcrübəsi.
Namizədin daha öncə hazırladığı video işləri (portfoliosu) tələb edilir;
Tələb olunan bilik və bacarıqlar:
Mobil telefon vasitəsilə keyfiyyətli və peşəkar video çəkiliş bacarığı;
Vertikal video formatları (TikTok, Reels, YouTube Shorts) üzrə praktiki təcrübə;
CapCut, Adobe Premiere Pro və/və ya After Effects proqramlarında montaj bacarığı;
TikTok və YouTube platformalarının alqoritmləri, trendləri və kontent formatları haqqında anlayış;
YouTube üçün uzun və qısa formatlı videoların hazırlanması bacarığı;
YouTube SEO prinsipləri haqqında bilik;
Kreativ düşüncə və yeni video formatları/rubrikalar təklif etmək bacarığı;
Çəkiliş və montaj prosesini müstəqil şəkildə həyata keçirmək bacarığı;
Trendlərə sürətli adaptasiya və operativ işləmək bacarığı;
Detallara diqqət və vizual keyfiyyətə fokuslanmaq;
Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmək;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
Rus və ingilis dili biliyi üstünlükdür.
Təklif edirik:
Əmək haqqı: 1000 AZN;
Müxtəlif brendlər və layihələr üçün kreativ kontentlər hazırlamaq imkanı;
YouTube və TikTok istiqamətində yeni layihə və formatların yaradılmasında aktiv iştirak;
Karyera inkişafı və öyrənmə imkanları;
Gənc və dinamik komandada çalışma imkanı;
Nahar şirkət tərəfindən təmin olunur;
Rahat və motivasiyaedici iş mühiti.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Tələblərə cavab verən namizədlər öz CV və portfoliolarını “Mobiloqraf (YouTube & TikTok)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.10.2026
Bənzər elanlar















